Britaniyalı yazıçı, Harri Potter barədə kitabların müəllifi Coan Roulinq dünyanın ən çox gəlir əldə edən yazıçısı olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Forbes nəşri yazır.
Ötən il ərzində yazıçı 95 milyon dollar qazanıb.
Siyahıda ikinci yeri detektiv janrda yazan yazıçı Ceyms Patterson (87 milyon dollar), üçdə isə “Safdil Qreqin gündəliyi” kitabının müəllifi Cef Kinni 921 milyon dollar) qərarlaşıb.
Dördüncü yerin sahibi 20 milyon dollarla Kod da Vİnçi kitabının müəllifi Den Braun, beşinci isə məşhur yazıçı Stiven Kinq olub (15 milyon dollar).
Qeyd edək ki, Coan Roulinq dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter seriyasının müəllifidir. Kitabların ümumi tirajı 400 milyondur. “Harri Potter” brendinin qiyməti 7 milyard funt sterlinq təşkil edir.
S.B.
www.oxu.az