Brazliyalı futbolçu Neymar Fransanın “Pari Sen-Jermen” klubuna transfer olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi Instagram səhifəsində məlumat verilib.
Hücumçu ilə beş illik müqavilə imzalanıb — 2022-ci ilin 30 iyununa qədər.
Bundan əvvəl Neymar 222 milyon avroya “Barselona” klubundan öz müqaviləsini alıb.
Neymar kataloniya klubunda 2013-cü ildən çıxış edir. Onun “Barselona” ilə müqaviləsi 2021-ci ildə bitəcək.
Son mövsümdə futbolçu İspaniya çempionatında 30 oyunda iştirak edib, 13 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
S.B.
www.oxu.az