İspaniyanın şimal-şərqində təxminən 6000 il əvvəl yaşayan insanlar üçün uzaq məsafəli ünsiyyət vasitəsi və ibtidai musiqi alətləri kimi xidmət edən dəniz ilbizinin qabıqları aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, Kataloniyadakı neolit dövrü yaşayış məntəqələrində və mədənlərində on iki böyük ilbiz qabığı tapılıb.
Qabıqlar ilbizlər öldükdən sonra toplanıb. Onlar nəfəs alətləri kimi istifadə edilib.
Bununla yanaşı, qabıqlar müxtəlif icmalar arasında və ya yaşayış məntəqələri ilə kənd yerlərində işləyən insanlar arasında ünsiyyət vasitəsi kimi çıxış edib.