Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dünyanın ilk uçan saunası Finlandiyada yaradıldı
Finlandiya saunalara və aviasiyaya olan sevgisi ilə məşhurdur. 57 yaşlı əkiz qardaşlar Ari və Yari Lehtinen bu iki həvəsi birləşdirərək unikal bir ixtira - dünyanın ilk uçan saunasını yaratmağa qərar veriblər.
Oxu.Az bu barədə kp.ru-ya istinadən xəbər verir.
Məlumata görə, 170 kq çəkisi olan innovativ sauna hava şarı vasitəsilə 2 300 metr yüksəkliyə qalxıb. Uçuş təxminən bir saat davam edib və göyərtədə iki ekipaj üzvü və iki fin saunası həvəskarı olub. "Saunadan daha yaxşı əyləncə yoxdur", - deyə Ari Lehtinen bildirib.
Qardaşlar gələcəkdə onların uçan saunasının populyar turist attraksionuna çevriləcəyini istisna etmirlər.
Qeyd etmək lazımdır ki, bu Lehtinen əkizlərinin ilk qeyri-adi ixtirası deyil. Onlar daha əvvəl sualtı sauna, kətan saunası və öküz dərisi ilə örtülmüş mobil sauna yaradıblar.
Statistikaya görə, 5.6 milyon əhalisi olan Finlandiyada 3 milyondan çox sauna var, yəni təxminən hər iki sakindən birinə bir sauna düşür.
"Finlandiya" teqi üzrə xəbərlər
- Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı
- Finlandiya və İsveç müharibəyə hazırlaşır: Təlimatlar dərc olunacaq
- Finlandiya Si Cinpinin bağışladığı hədiyyələri Çinə qaytarmağa qərar verdi
- ABŞ-nin Finlandiyadakı səfiri Kamala Harrisə görə vəzifəsini tərk etdi
- Finlandiyanın keçmiş baş naziri Qərbi qurbağaya bənzətdi
Rəylər