Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Durova qarşı yeni ittiham irəli sürülüb
"Telegram" mesencerinin yaradıcısı Pavel Durovun üç övladının anası olduğu iddia edilən İrina Bolqar iş adamının ailə xərcləri üçün istifadə etdiyi kartları blokladığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində yazıb.
"Durov uzun illər ailə xərcləri üçün istifadə etdiyim bütün kartları bloklayıb" , - deyə qadın qeyd edib.
Bolqar vurğulayıb ki, Durov əvvəllər birbaşa bank hesablarından maliyyələşdirdiyi uşaq xərcləri üçün olan hesabları da ödəməyi dayandırıb. Qadının sözlərinə görə, Durov uşaqların immiqrasiya sənədlərinin yenilənməsi üçün lazım olan razılığı imzalamaqdan imtina edib.
Bolqar belə nəticəyə gəlib ki, bu, onun və uşaqlarının Avropada qalmasının qarşısını almaq üçün edilib.
"Pavel Durov" teqi üzrə xəbərlər
- Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
- Pavel Durovun sevgilisi Dubayda adi gününün necə keçdiyini göstərdi
- "Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni videoyayım funksiyası gəlir
- Rəsmi Bakıdan Pavel Durov və Kemi Sebanın həbsinə münasibət
- İlon Mask Pavel Durovun "X" hesabına abunə olub
Rəylər