"Telegram" mesencerinin yaradıcısı Pavel Durov zarafatyana bildirib ki, müxtəlif ölkələrin xüsusi xidmət orqanları ona casus qadınlar göndərmirlər.
Oxu.Az xəbər verir ki, iş adamı bu barədə özünün "Telegram" kanalında müvafiq paylaşım edib.
"Asiyalı qadınlara maraq göstərməyən baş direktorlara xüsusi xidmət orqanlarının daha az tanışlıq variantları təklif etməsi ədalətsizlikdir. Haradadır fransız, rus və ya iranlı "köstəbəklər"? İndiyə qədər heç bir qadın casus mənimlə əlaqə saxlamayıb. Onlar, ümumiyyətlə, cəhd göstərirlərmi?" - deyə o qeyd edib.
Bununla Durov "Nvidia" rəhbəri Censen Huanqla bağlı yaranmış casus qalmaqalına öz münasibətini bildirib.