Rusiyanın Maliyyə Monitorinqi Federal Xidməti ("Rosfinmonitorinq") "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durovu terrorçu və ekstremistlərin siyahısına daxil edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi internet səhifəsində dərc olunub.
Rusiyada Durova qarşı cinayət işi çərçivəsində terror fəaliyyətinə köməklik göstərmə maddəsi ilə ittiham irəli sürülüb və onun beynəlxalq axtarışa verilməsi üçün prosedur başladılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya qanunvericiliyinə zidd olaraq, "Telegram" administrasiyası tərəfindən Ukrayna xüsusi xidmət orqanları, həmçinin terrorçu və ekstremist qruplaşmaların ölkə ərazisində terror aktları, kütləvi qətllər və dələduzluq əməllərini hazırlamaq üçün istifadə etdiyi çox sayda kanal, çat və botlar ləğv edilməyib.
Qeyd olunur ki, 2022-ci ildən bəri Rusiyada sözügedən mesencerdən istifadə edilməklə 153 min cinayət faktı qeydə alınıb.