Finlandiyada Ebola xəstəliyinə yoluxmuş ilk xəstə qeydə alındı. Yerli Helsingin Uutiset qəzeti xəbər verir ki, üç həftə bundan öncə Liberiyadan gəlmiş xəstə oktyabrın 30-da Helsinki infeksion xəstəlikləri xəstəxanasına yatırılıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu, amerikalıdır. O, həkimlərə baş ağrısı və yüksək hərarətdən şikayət edib.
Xəstəxananın baş həkimi Asko Yarvinen (Asko Jarvinen) xəstənin məhz bu ölümcül xəstəliyə yoluxduğuna şübhə edir. Kişi Liberiyanı 22 gün öncə tərk edib. Bu isə o deməkdir ki, Ebolanın inkubasiya dövrü keçib (üç həftə) virusun simptomları isə üzə çıxmayıb. Bundan başqa isə xəstə yoluxmuş insanlarla əlaqəyə girmədiyini söyləyib. “Amma biz yenə də xəstələnməni istisna edə bilmərik”, - Yarvinen hesab edir.
Ebolanın üzə çıxarılması üçün testlərin cavabı oktyabrın 31-də açıqlanacaq.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qərbi Avropada Ebola virusundan 5 min nəfər həlak olub. Virusa 10 min adam yoluxub. Həlak olanların əksəriyyəti Qərbi Afrika ölkələri: Liberiya, Qvineya və Syyer-Leondan olub. Bundan başqa, İspaniyada, ABŞ və Malidə qeydə alınıb.
A.İ.