Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar Qəsr əş-Şati iqamətgahında aparılıb.
Oxu.Az xəbər verir ki, bunu TASS agentliyinin müxbiri müəyyənləşdirib.
Məlumata görə, Qəsr əl-Vətən prezident sarayından fərqli olaraq, bu iqamətgah ziyarətçilər üçün bağlıdır, xəritələrdə qeyd olunmayıb və mühüm diplomatik görüşlər üçün istifadə olunur.
Xatırladaq ki, yanvarın 23-ü və 24-də Ukrayna nizamlanması üzrə üçtərəfli danışıqların mətbuata qapalı formatda iki raundu baş tutub.