Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında təkbətək görüş keçirilib.
Əvvəldən görüşün mətbuat nümayəndələri üçün qapalı olacağı barədə elan verilib.
Görüş zamanı siyasi gündəmlə bağlı məsələlərin, xüsusən də mayın 14-də keçiriləcək prezident seçkisinə hazırlıq prosesinin müzakirə edildiyi bildirilib.
Mənbə: Haber Global