Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Efiopiyada 50 mülki şəxs hökumət qüvvələri tərəfindən öldürülüb
Bu həftə Efiopiyanın şimalındakı Meravi şəhərinin (Amhara ştatı) 50-dən çox sakini hökumət qüvvələri tərəfindən öldürülüb.
Şəhər əhalisinin öldürülməsi federal qoşunlarla Amhara milisləri arasında gedən döyüşdən sonra baş verib. Hadisə ilə bağlı rəsmi və ya müstəqil mənbələrdən heç bir təsdiq yoxdur.
Qeyd edək ki, 2023-cü ilin yayında federal hakimiyyət yerli polisin tərksilah edilməsini tələb etdikdən sonra ştatda silahlı toqquşmalar başlayıb. Bir gün əvvəl Efiopiya parlamenti Amhara əyalətində fövqəladə vəziyyətin müddətini dörd ay uzadıb.
Mənbə: TASS
"Efiopiya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər