Əfqanıstanın cənub-şərqində 6.2 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniyanın Geoelmlər Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Qeyd olunur ki, bu zəlzələ ölkənin şərq əyalətlərində həftənin əvvəlində baş vermiş və 2 200-dən çox insanın ölümünə, 3 600-dən çox insanın xəsarət almasına səbəb olmuş silsilə zəlzələlərin davamıdır.