Misirin “EgyptAir” aviaşirkəti itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bunu CNN telekanalına müsahibəsində aviaşirkətin vitse-prezidenti Əhməd Adel bildirib.
“Biz qalıqları aşkar etdik”, - deyə o bildirib.
Bundan əvvəl Yunanıstanın Karpatos adası yaxınlığında təyyarənin qalıqlarının aşkarlandığı bildirilmişdi. Lakin bu məlumat rəsmi təsdiqini tapmamışdır.