Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əhməd əş-Şaraa Ankaradan müasir silahlar istəyib
Suriyanın yeni hökuməti İsraillə həmsərhəd bölgə olan Colan təpələrində təhlükəsizliyi təmin etmək üçün Türkiyədən kömək istəyib.
Oxu.Az bu barədə "Türkiye" nəşrinə istinadən xəbər verib.
Mənbə iddia edir ki, Suriya prezidenti vəzifəsini icra edən Əhməd əş-Şaraanın (Culani) administrasiyası İsraillə sərhəddə təhlükəsizliyi təmin etmək üçün Ankaradan PUA, əlavə radar və elektron döyüş sistemləri, həmçinin hava hücumundan müdafiə sistemləri istəyib.
Qəzet yazır ki, artıq yaxın günlərdə Türkiyədən Suriyaya PUA-ların ilk tədarükü baş tutacaq.
"Suriya" teqi üzrə xəbərlər
- Suriya hakimiyyəti ölkənin cənubundakı druzlar ilə razılığa gəldi
- Suriya hakimiyyəti və SDQ arasında razılıq əldə olundu
- Xamenei və Netanyahunu Suriyada birləşdirən qorxunc plan üzə çıxdı
- Suriyada nələr baş verir?
- Suriyada gərginlik: Əsəd tərəfdarlarından ibarət silahlı qruplaşmalar zərərsizləşdirildi
Ən çox oxunanlar