İŞİD (İslam Dövləti) terror qruplaşmasının lideri Abu Bəkr əl-Bağdadi silahlılara görüşə gecikdiyi üçün sağ qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baghdad Today nəşri İraq xalq özünümüdafiə hərəkatının komandiri Cabbar əl-Maamuriyə istinadən məlumat yayıb.
Bildirilir ki, əl-Bağdadi Suriyada silahlılala görüşə gecikməsəydi, İranın zərbələri altında öləcəkdi.
Əl-Maamuri iddia edir ki, İran qüvvələrinin zərbəsi İŞİD-in Müharibə Şurasının iclasını hədəfləsə də, Əl-Bağdadi həmin iclasa gecikib və nəticədə sağ qalıb.
Qeyd edək ki, oktyabrın 1-də gecə İran qüvvələri Suriyada Fırat çayının şərq sahilinə raket zərbəsi endirib. Zərbə İranın Əhvaz şəhərində terror aktını təşkil edənləri hədəfləyib.