Səudiyyə Ərəbistanı Qətərin “Əl-Cəzirə” telekanalının krallıqdakı yayımına dair lisenziyanın dayandırılması və ofisin bağlanmasına dair prosesi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən “Acil” Səudiyyə xəbər portalı məlumat yayıb.
Bundan başqa, portalın məlumatına görə, Səudiyyə Ərəbistanı hakimiyyəti Qətər KİV-nə işləyən səudiyyəli jurnalistlərə vətənə qayıtmağa dair göstəriş verib.
Bu tədbirlər Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Qətərin terror təşkilatlarını dəstəklədiyi üçün krallığın Doha ilə diplomatik əlaqələrin kəsilməsinə dair bəyanatından sonra həyata keçirilib.
Portalın məlumatına görə, Səduiyyə Ərəbistanının tele və radio yayım İdarəsi “Əl-Cazirə”nin ofisinin bağlanmasına dair qərarı bu yaxınlarda elan edəcək.
S.S.
www.oxu.az