Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əlcəzair prezidenti: "Mədəniyyət iddiasında olan Fransanın törətdikləri necə kədərlidir"
Əlcəzair Prezidenti Əbdülməcid Təbbun Fransanın ölkəsindəki müstəmləkəçilik dövrünü barbarlıq və dağıdıcı kimi qiymətləndirib.
Oxu.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ə.Təbbunun 1830-1962-ci illər Fransa müstəmləkəçiliyinə qarşı Əlcəzair xalqının inqilablarına dair mesajında deyilir.
"Torpaqlarımız üzərində barbarcasına və dağıdıcı üsullarla hökm sürən müstəmləkə siyasəti 130 ildən çox müddət ərzində şərəfli xalqın irəliləməsinə əngəl oldu. Mədəniyyət iddiasında olanların törətdikləri necə kədərlidir. Daimi mövcud olmağı xəyal edən, xalqımızın qaynaqlarını və iradəsini heçə sayan o müstəmləkəçilik böyük bir inqilabla sona çatdı", - deyə o bildirib.
Prezident vurğulayıb ki, müstəmləkəçiliyin mövcud olmasını rədd edən Əlcəzair xalqı torpaqlarını qətiyyətlə azad etdi.
"Əlcəzair" teqi üzrə xəbərlər
- Avrostat: "Azərbaycan Avropa İttifaqına LNG tədarükü üzrə liderlər sırasındadır"
- Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: "Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə"
- Əlcəzairli nümayəndə: "Fransa insanlığa qarşı cinayət törədib"
- İspaniya və Əlcəzair arasındakı sularda Rusiya gəmisi batdı
- Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıblar