Əlcəzairin şərqində yerləşən, Umm-əl-Bavaki yaşayış məntəqəsində hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 119 nəfər sərnişin həyatını itirib.
Oxu.Az yerli KİV-in ilkin məlumatına görə bildirir ki, C-130 “Hercules” təyyarəsində hərbçilər və onların ailə üzvləri yerləşirdi.
Hərbi mənbələrin məlumatına görə təyyarə, Varkala əyalətindən ölkənin şimali-şərqində yerləşən Konstantin şəhərinə uçurdu.