Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib.
Oxu.Az bu barədə Asharq.com-a istinadən xəbər verir.
Bildirilir ki, sabiq dövlət başçısı uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. O, müalicə aldığı hərbi xəstəxanada dünyasını dəyişib.
Keçmiş prezidentin vəfatı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.
Qeyd edək ki, Zərval 1941-ci il iyulun 3-də Əlcəzairin Batna vilayətində anadan olub.
O, 10 iyul 1993-cü ildə müdafiə naziri təyin edilib, daha sonra 1994-cü il yanvarın 30-da müvəqqəti prezident olub, 1995-ci ildə isə rəsmi olaraq prezident postunu tutaraq müstəqillik qazandıqdan sonra Əlcəzairin altıncı prezidenti olub.
1998-ci ilin sentyabrında Zərval növbədənkənar prezident seçkisinin keçiriləcəyini elan edib və prezidentlik səlahiyyətlərini 1999-cu ilin aprelində rəsmən başa vurub.