Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elektrikli avtomobillərə tam şəkildə keçə biləcək ilk ölkənin adı açıqlandı
Norveç dünyada benzin və dizellə işləyən yeni avtomobilləri bazardan tamamilə çıxaran ilk ölkə ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə CNBC məlumat verib.
Əhəmiyyətli neft və qaz ehtiyatlarına baxmayaraq, Norveç uzun müddətdir ki, yeni enerji vasitələrinin (NEV) tətbiqində dünya lideri hesab olunur. Ölkədə yeni avtomobillərin ümumi satışında elektriklə işləyən avtomobillərin payı 2010-cu ildəki 1%-dən 2024-cü ildə 88,9%-ə yüksəlib və bu tendensiyada azalma əlamətləri müşahidə olunmur.
Norveç İctimai Yollar İdarəsi tərəfindən açıqlanan rəqəmlər göstərir ki, bu ilin ilk bir neçə həftəsində ölkədə satılan yeni minik avtomobillərinin 96%-dən çoxu elektrikli olub.
"Elektrikli avtomobillər" teqi üzrə xəbərlər
- Elektromobillərin xidməti haqqında danışılmayan vacib aspektlər
- Saatlarla enerji doldurur, cəmi 300-400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir
- Bölgələrdə elektromobillər üçün şarj məntəqələri niyə yaradılmır?
- "Bentley" elektrikli krossover buraxacaq
- "Xpeng P7+": Dünyanın ilk süni intellektli avtomobili təqdim olundu
Rəylər