Fransa Prezidenti Emmanuel Makronun Suriya səfəri bir sıra məqamlarla yadda qalıb. Onlardan biri də Dəməşqə etdiyi rəsmi səfər zamanı Makronun günəş eynəyindən istifadə etməsi olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Bildirilib ki, fransalı lider danışıqlar prosesində belə aksesuarı gözündən çıxarmayıb. Təyyarədən enərkən də Makronun gözündə günəş eynəyi olub, baxmayaraq ki, o, Dəməşqə axşam saatlarında, artıq güclü günəş işığının olmadığı bir vaxtda çatıb. Suriya Prezidenti Əhməd əş-Şaraa ilə baş tutan rəsmi görüşdə də Fransa lideri eynəyini çıxarmayıb.