Tacikistan prezidenti Emomali Rahmon dövlət başçısının icra aparatına rəhbərlik edən qızı Ozoda Rahmonu ədliyyə müşaviri təyin edib. Bu prokurorluq və ədliyyə orqanlarında mövcud olan ən yüksək təyinatdır.
Oxu.Az fergananews-a istinadən xəbər verir ki, müvafiq sərəncam Rahmon tərəfindən bu ilin may ayının 25-də imzalanıb. Amma bu barədə prezidentin rəsmi saytında heç bir söz yoxdur.
Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Ozoda Rahmon Tacikistan prezidentinin administrasiyasının rəhbəri təyin edilib, daha sonra paytaxtdan senat seçilib. Buna qədər isə Rahmonun qızı ölkənin XİN rəhbərinin birinci müavini vəzifəsini tuturdu.
S.S.
www.oxu