“15 iyul çevriliş cəhdi FETÖ-nun əli ilə həyata keçirilən, arxasında daha böyük şəbəkənin olduğu tariximizin ən böyük xəyanətlərindən biridir”.
“Hürriyet”in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib.
“Ölkəmizi diz çökdürmək təşəbbüsləri bu müqəddəs mübarizələrə baxmayaraq sona çatmamışdır. Yeni hədəf iqtisadiyyatımız idi. Gecəyarı əməliyyatları ilə dəfələrlə hücuma keçdilər. Biz xaricdəki qızıllarımızın hamısını ölkəmizə gətirmək, valyuta ehtiyatlarımızı qüvvətləndirməklə hazırlıqlarımızı qabaqcadan etmişdik. Həmd olsun, bu prosesi ən az zərərlə geridə qoyduq. Əlbəttə, çətinliklər yaşayırıq. Hədəflənən nəticələrlə çətinliklər arasında dağlar qədər fərq var. Gəzi hadisələrində məqsəd nə idisə, iqtisadiyyatımıza hücumların da məqsədi eynidir”, - deyə R.T.Ərdoğan bildirib.
Rəylər