Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdoğan amfibiya təyyarəsinə görə İlham Əliyevə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib.
Oxu.Az "NTV"yə istinadən xəbər verir ki, ölkə başçısı bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb.
"Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın Prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə "BE-200ÇS" tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik", - deyə o vurğulayıb.

"Azərbaycan-Türkiyə münasibətləri" teqi üzrə xəbərlər
- "Haber Global": "Türkiyə - Azərbaycan qardaşlığı sarsılmazdır"
- Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində rol oynayır
- Uraloğludan Zəngəzur dəhlizi ilə bağlı şad xəbər: "Türk Dünyasına qapı açılır"
- Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb
- Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama veriblər