Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktı ilə əlaqədar 14 nəfərin saxlanıldığını bildirib.
Oxu.Az bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
“Bu terror aktı PYD və YPG-nin işidir. İndi 14 nəfər saxlanılıb, düşünürəm ki, bu son deyil, saxlanılmalar davam edəcək. Bu cinayətin ipinin ucu həm Türkiyədə, həm də xaricə gedib çatır”, - Ərdoğan həlak olanların qohumlarına başsağlığı vermək üçün gəldiyi Türkiyənin baş qərargahında bidirib.