Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanı Ankara ilə miqrasiya sazişinə dair vədlərini yerinə yetirməməkdə ittiham edib və Türkiyənin də vədini yerinə yetirməyəcəyi ilə hədələyib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Büdcəmiz hesabına təxminən 3 milyon insan (Suriya qaçqını –red.) saxlanılır. Avropanın vəd verdiyindən hələ heç nə edilməyib. əgər Aİ öz vədlərini yerinə yetirməsə, o zaman Türkiyə də sazişə sadiq qalmayacaq. İqtisadi cəhətdən bizdən yüksək olan ölkələr bu cür insanlıq göstərmədilər”, - Ərdoğan Ankarada polislər qarşısında çıxış edərkən bildirib.
O əlavə edib ki, miqrasiya problemləri üzrə Türkiyə və Aİ sazişinə görə, Avropa İttifaqı Suriya qaçınlarının qəbulu üçün Türkiyəyə 6 milyard avro ayırmalı idi.
Xatırladaq ki, Avropa İttifaqı üzv ölkələrinin liderləri və Türkiyənin baş naziri Əhməd Davudoğlu martın 18-də razılığa gəliblər. Razılaşmaya görə, Türkiyədən Yunanıstana gələn bütün qanunsuz miqrantlar geri qaytarılacaq, əvəzində isə türk vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək, Türkiyəyə 3 milyard avro ayrılacaq.