Türkiyə Silahlı Qüvvələrinin ən böyük planlı təlimlərindən biri olan “Efes-2022”nin “Yüksək səviyyəli müşahidəçi günü” başlayıb.
“Haber Global”ın məlumatına görə, beynəlxalq tədbiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da izləyib.
Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.
Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.
“Efes-2022” təlimi Azərbaycan da daxil olmaqla 37 ölkədən 11 minə yaxın şəxsi heyətin iştirakı ilə keçirilir.