Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdoğan: "Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır"
"Türkiyədə hakimiyyət və cəmiyyət arasındakı münasibətləri pozmağa çalışan ayrı-ayrı qüvvələr var".
Oxu.Az-ın NTV-yə (Türkiyə) istinadla verdiyi məlumata görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun iclasında bildirib.
O vurğulayıb ki, vəzifələr, titullar gəldi-gedərdir, əsas olan ölkəyə, millətə xidmət etməkdir.
"Biz cəmiyyətlə münasibətləri möhkəmləndirməyə çalışarkən, bəzi qüvvələr nifaq salmağa çalışırlar. Bizə qarşı olan düşmənliklərin bir qismi, müxtəlif maskalar altında ölkəni istismar edənlərin soyğunçuluq fəaliyyətlərini pozmağımızdan qaynaqlanır. 23 il ərzində ən böyük nifrəti bunlardan gördük. Türkiyəyə düşmən münasibət bəsləyən dairələr bu qüvvələrdən öz məqsədləri üçün kifayət qədər istifadə ediblər", - deyə Ərdoğan əlavə edib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Özgür Özel Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək
- Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi
- Əminə Ərdoğan qadınların əl işləri üçün platforma yaradıb
- Ərdoğandan mühüm açıqlamalar: "Türkiyə tezliklə Aİ-də öz yerini tutmalıdır"
- Antalyada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib