Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə KİV-ini dünyanın ən azad mətbuatı hesab edir.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Frans Press” yayıb.
“Dünyanın heç bir yerində mətbuat Türkiyədəki qədər azad deyil. Mən sözlərimə çox əminəm”, - Ərdoğan bəyan edib.
Türkiyə prezidenti ölkədə jurnalistlərin təzyiqlərə məruz qalması ilə bağlı iddiaları rədd edib.
Qeyd edək ki, 2012-2013-cü ildə Türkiyə həbsdə olan jurnalistlərin sayına görə birinci yeri tutub.