Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust Zəfər bayramı münasibəti ilə ziyafət verib.
Ərdoğan Türkiyə prezidenti kimi Çankaya iqamətgahında təşkil etdiyi ilk qəbulu məhz bu bayrama həsr edib.
Türkiyənin 12-ci prezidentinin təşkil etdiyi ziyafətə 3500 qonaq gəlib. Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə qonaqları qarşılayıblar.
Çankaya köşkündə diqqətçəkən məqamlardan biri də yeni prezidentin sənətçi Yavuz Bingöllə birlikdə “Yəmən türkü”sü oxuması olub.