Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“Türkiyə prezidenti Vladimir Putini Rusiyada parlament seçkilərinin uğurla keçirilməsi münasibəti ilə təbrik edib”- , məlumatda deyilir.
Qeyd olunur ki, tərəflər söhbət zamanı həmçinin Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişaf məsələləri və Suriya münaqişəsi müzakirə ediblər.
S.B.
www.oxu.az