Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı ABŞ prezidenti Donald Trampa zəng etməyi düşünmədiyini bildirib.
Oxu.Az xəbər verir ki, Ərdoğan bunu AKP-nin TBMM-dəki növbəti qrup toplantısında deyib.
“Hazırda ona zəng etməyi düşünmürəm. Çünki daha öncə bu barədə danışdıq, o mənə zəng etməli idi. O, mənə zəng etməyəcəyi təqdirdə, mən ona zəng etməyəcəyəm... Putin ilə isə iki-üç gün öncə danışdıq, “telefon diplomasimiz” davam edir”, - deyə o əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az