Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefon vasitəsi ilə CNN Türk telekanalına canlı yayıma bağlanaraq ölkədəki son vəziyyət barədə açıqlama verib.
Oxu.Az xəbər verir ki, Ərdoğan Türkiyə xalqını meydanlara çıxmağa və hərbçilərə müqavimət göstərməyə çağırıb.
Türkiyə prezidenti təqsirkar şəxsləri ən ağır cəza gözlədiyini bildirib.