TRT kanalının ordu tərəfindən ələ keçirilərək “Yurdda Sülh Şurası”nın ordunun hakimiyyətə əl qoymasıyla bağlı bəyanatı oxunub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından mediaya göndərilən mesajda ordunun ölkə idarəsini ələ keçirdiyi bildirilib.
Bildirilir ki, Ankarada hərbçilər alqışlarla qarşılanır.
Pentaqon Türkiyədə baş verənlərlə bağlı məlumat toplayır və vəziyyəti izləyir.