Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdoğan Türkiyənin strateji hədəfini AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin strateji məqsədinin Avropa İttifaqına tamhüquqlu üzv olmaq olduğunu bildirib.
O, bunu Ankarada Estoniya prezidenti Alar Karislə keçirdiyi mətbuat konfransında deyib.
"Avropa Birliyinə tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. Aİ-nin Türkiyəyə eyni mövqedən yanaşması bizim ümumi maraqlarımıza uyğundur ki, bu kontekstdə Estoniyanın Türkiyəyə dəstəyi bundan sonra da güclənəcək. Bu gözləntilərimi cənab Karisə dedim", - deyə Ərdoğan bildirib.
Yaxın Şərqdəki vəziyyətdən danışan Türkiyə lideri qeyd edib ki, davamlı sülh iki dövlətli həllin həyata keçirilməsi ilə mümkündür və beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz fikrini bildirməlidir.
Mənbə: Anadolu
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Özgür Özel Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək
- Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi
- Əminə Ərdoğan qadınların əl işləri üçün platforma yaradıb
- Ərdoğandan mühüm açıqlamalar: "Türkiyə tezliklə Aİ-də öz yerini tutmalıdır"
- Antalyada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib