Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ərdoğan və Tramp “üstünlük mübarizəsi”ni dayandırmalıdır - MÜSAHİBƏ
Nyu-Yorkun “Zamon Times” qəzetinin redaktoru, beynəlxalq siyasətçi Rafael Səttarov Oxu.Az-a müsahibə verib.
- 2018-ci ilin yayı İran rialının, rus rublunun və türk lirəsinin məzənnəsinin düşməsi ilə xarakterizə olunur. Lirə son vaxtlar 50 faizədək ucuzlaşıb. Bu, Türkiyə və onun iqtisadiyyatı üçün hansı nəticələrə gətirib-çıxara bilər? Nəticələr nə qədər ciddi fəsadlar törədə bilər?
- Ona görə təhlükəlidir ki, prezident Ərdoğan bundan sonra davamlı iqtisadi inkişafın qarantı olduğunu deyə bilməcəyək. Eyni zamanda, lirə ətrafında vəziyyət bir az stabilləşib, ancaq başa düşmək lazımdır ki, Türkiyə və onun iqtisadiyyatı ABŞ tərəfi ilə “siçan-pişik oyunu” oynamaq gücündə deyil. Buna görə Ərdoğanla Tramp artıq problemi həll etməli və “üstünlük oyunu”na son qoymalıdır.
- Tramp və Ərdoğan vəziyyəti düzəldə bilər, yoxsa onlar sona qədər mübarizəni davam etdirəcək? Türkiyə hökuməti nə etməlidir ki, Vaşinqtonun rəhmi gəlsin? Və ya Ankara belə addım atmayacaq?
- Bunun üçün birincisi, Türkiyədə həbs olunan amerikalı keşiş azad edilməlidir, ikincisi isə, daim Şimali Atlantika Alyansının varlığını sual altına qoymaq lazım deyil.
- Türkiyə NATO-nu tərk edə bilərmi?
- Şəxsən mən bu ssenarinin mümkünlüyünü qəbul edirəm. Ərdoğanın impulsivliyini nəzərə alsaq, onun vəziyyəti başa düşdükdən sonra NATO-dan çıxmaq üçün birtərəfli addımlar atacağını proqnozlaşdırmaq olar. Türkiyə soyuq müharibə dövründəkindən fərqli olaraq, Qərbin maraqlarında xüsusi vacibliyə malik deyil. Bunu Türkiyədə də yaxşı bilirlər.
- Son günlər region ölkələrinin liderləri tez-tez maliyyə-ticarət əməliyyatlarının dolların iştirakı olmadan həyata keçirilməsi ilə bağlı açıqlamalar verir. Bu, nə dərəcə effektiv ola bilər?
- İdeallarda bu, dövlətlərarası ticarət-iqtisadi əlaqələrin yaxşı inkişafı deməkdir. Əslində isə, ölkələrin hansısa ehtiyatlara ehtiyacı var. Hər zaman dollarsızlaşma tərəfindən çıxış edən Rusiya öz nəhəng maliyyə ehtiyatlarını avro ilə saxlayır.
Aydındır ki, Türkiyə və Rusiya arasında ticarət əlaqələri Türkiyə və Avropa Birliyi arasındakı əlaqələr qədər güclü deyil. Milli valyutalarla mübadilə o deməkdir ki, misal üçün, verilən pomidorun əvəzinə elektrik resursları alınsın. Buna görə də ölkələr dollardan imtina edə bilər, ancaq yenə də valyuta mübadiləsinə ehtiyac olacaq.
- İranda da etiraz aksiyaları səngimir, iqtisadi vəziyyət bu ölkədəki insanları küçələrə çıxmağa vadar edir. Bu proses İran hakimiyyəti üçün təhlükə yaradırmı? Bu, ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?
- Bəli, sözsüz ki... Bunu İran hökumətinin nümayəndələri də istisna etmir. Bundan başqa, bu hadisələrin xarici ssenarisi də var. Misal üçün, sanksiyaların tətbiqi zamanı ABŞ tərəfi bu kimi çağırışlarla çıxış edir və ümid bəsləyir ki, xalq hazırkı hökuməti devirəcək. Ancaq xaric xaricdir.
Burada əsas rolu daxili problemlər oynayır. Bunlar korrupsiya, işsizlik, yoxsulluğun səviyyəsinin artması, çətin iqtisadi vəziyyətdir. Bütün bu vəziyyət İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər.
Əlbəttə ki, hər şeyi xarici qüvvələrin üzərinə atmaq asandır. Ancaq əslində, xalq hökuməti xarici qüvvələrə görə deyil, hazırkı rəhbərliyin daxili problemləri həll edə bilməməsi səbəbindən devirəcək.
- Qətər, Rusiya və Çinin Ankaraya çoxmilyardlıq dəstəyi nədir? Yeni anti-Amerika siyasi-iqtisadi birliyi?
- Xeyr, Qətər Türkiyə kimi müttəfiqinin zəifləməsində maraqlı deyil. Türkiyə Qətərə Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin zorakı təzyiqlərinə qarşı durmaqda yardım edir.
Q.D.
www.oxu.az
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
Rəylər