Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Erməni lobbisinin arqument böhranı
ABŞ konqresmeni Frank Peloninin Bakıdan qaçıb ölkəsində tələsik şikayət konfransı keçirməsi pullu sifarişçilərinin mütəmadi qaydada əl atdıqları davranışı xatırladır. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından birində diplomatik dalana dirəndiyini görən eks-prezident Robert Köçəryan bəhanə ilə müzakirə otağını tərk edib bir qədər sonra qayıtmışdı ki, müdafiə naziri Serj Sarqsyanın qayınatası dünyasını dəyişdiyindən təcili Ermənistana dönməlidir. Bu yolla da danışıqlardan qaçmışdı. Gülünc bəhanələr erməni diplomatiyası üçün tez-tez "saman çöpü" rolunu oynayır. Görünür, konqresmenin ermənilərlə ünsiyyətdə "rəngi dəyişməsə də, xasiyyəti dəyişikliyə uğrayıb"...
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Qatı ermənipərəst konqresmenin Bakıda keçirilən COP29-da peyda olması əsas təşkilatçı BMT xətti ilə reallaşmışdı. Peloni uzun illərdir ki, Azərbaycana qarşı qərəzli kampaniyanın aparıcı üzvlərindən biri olub. ABŞ-nin qanunverici orqanında Azərbaycanın gözdən salınmasına hesablanmış və ictimai rəyə təsirsiz ötüşməmiş aksiyaların, qəbul edilmiş qətnamələrin mərkəzi fiqurlarından olan F.Peloninin Bakıya gəlişi istənilən sıravi azərbaycanlıda hiddət doğurmaya bilməzdi. Azərbaycan torpaqlarının işğalı və 30 il ərzində viran edilməsi, yüzminlərlə vətəndaşımızın onilliklər boyu vətən həsrəti ilə yaşaması, minlərlə insanımızın qətl edilməsi tək Ermənistanın əməli deyil, kompleks siyasi cinayətlərin nəticəsidir. Şübhə yoxdur ki, Peloni kimi konqresmen və senatorların qərəzli fəaliyyəti nəticəsində Vaşinqtonda formalaşmış Azərbaycanofob ab-hava da bu prosesin ayrılmaz tərkib hissəsidir.
Son bir ildə Bakıda keçirilən COP29-a qarşı aparılan ləkələmə kampaniyasının mühüm istiqamətlərindən biri də ABŞ-dəki erməni lobbisinin bu yöndəki fəaliyyəti olub. Qərbdəki erməni diasporunun böyük ümidlərlə başlatdığı bu qarayaxma kampaniyasının əsas icraçılarından da biri məhz Pelonidir. Onun Bakıdan qaçdıqdan sonra da əsassız, bu qədər müddətdə nəticə verməyən "arqument"ləri təkrarlaması bir il ərzində yürüdülən çirkin kampaniyanın iflasının göstəricisidir.
Onillər ərzində Azərbaycan ərazisindəki separatçılığı dəstəkləmiş ermənipərəst konqresmen və senatorlar bütün siyasi və diplomatik etiketləri pozaraq bölücü xuntanın həbsdə olan liderlərini "əsir" adlandırırlar. Bu azmış kimi, yüzlərlə məhbusu Quantanamo həbsxanasında dözülməz şəraitdə saxlayan, işgəncələrə məruz qoyan bir dövlətin qanunvericiləri bizdən şəhərlərimizi raket atəşinə tutmaq əmrini verən və bunu inkar etməyən, Xocalı soyqırımını törədən hərbi caniləri azadlığa buraxmağımızı istəyirlər. Şübhə yoxdur ki, bunun mümkünsüz olduğunu dərk etməmiş deyillər, ancaq necə deyərlər, əsas müharibə deyil, manevrlərdir. Qısır direktivlər səslənməkdə davam edir, əvəzində isə erməni diasporunun pulları gəlir.
Peloni kimilərinin oynadıqları rolun Azərbaycanı dünyada gözdən salmağa, beynəlxalq aləmdəki reputasiyasını korlamağa yönəlmiş cəhd olmaqla yanaşı, daha bir hədəfi var. Söhbət Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını pozmaq, yaxud ən azı uzatmaqdan gedir. Paşinyanın plastilin hakimiyyətinə Qərbin təsir imkanları yetərincədir. İstənilən yüngülvari vəd İrəvandakıların şirniklənmələrinə bəs edir və danışıqların gedişində növbəti pauza yaranır. Kollektiv Qərbin başda ABŞ-nin demokratlar iqtidarı və Makron Fransası olmaqla əsas niyyəti tərəflər arasında yekun sülhə nail olunmasının qarşısını almaqdır. Sülh prosesinin sabotajı Qərbin bölgədəki mövcudluğunun əsas faktorudur. Bu prosesin bir bəndi də ermənipərəst qanunvericilərin yerinə yetirdikləri pozucu missiyadır.
Onların COP avantürası tək qorxaq Peloni ilə yekunlaşmır. Bakıya gələn senatorlar Ed Marki və Şeldon Uaythausun Azərbaycan paytaxtında səsləndirdikləri təxribatçı bəyanatların da məqsədi eynidir.
Pul müqabilində aparılan təbliğat əcnəbilərdən təşkil edilmiş muzdlu ordu kimidir: çətinliyə düşən kimi çıxış yolunu döyüş meydanını atıb qaçmaqda görür. Peloninin Bakıdan tələm-tələsik qaçması erməni diasporunun ödənişli kampaniyasının dişsizliyinin əlamətidir. Azərbaycan artıq o dövlət deyil ki, başqa ölkənin qanunverici orqanında ona qarşı qəbul edilmiş hər hansı qərəzli sənədin təsirinə məruz qala. Peloni kimilərinin çıxışları, təşəbbüsləri və bəyanatları bu baxımdan, erməni lobbisinin özünün təşkil edib, özünün təskinlik tapdığı mənasız cəhdlərdir. Bu ləkələmə kampaniyasının nəticəsiz olması ilə yanaşı, həm də məzmun dəyişikliyinə uğraması Azərbaycanın ciddi ideoloji qələbəsi sayılmalıdır. İndiyədək hər vəchlə ərazimizdəki qanunsuz qurumu "dövlət" kimi təqdim edən konqresmen və senatorlar indi bu xuntanın həbsdə olan liderlərinin "azadlığa çıxmaları" uğrunda pul qazanırlar.
Əziyyət özlərinin, pul ermənilərin... Ancaq aradabir keçmiş həmkarları Robert Menendesi də unutmasınlar. Nadin Arslanyanın həyat yoldaşı, rüşvətə və milli maraqları satdığına görə konqresdən qovulmuş Menendesi...
"Serj Sarqsyan" teqi üzrə xəbərlər
- Erməni hərbi cinayətkarların sayı 15 nəfərlə bitmir - "Kaspi"nin ŞƏRHİ
- Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması
- Ukraynada anti-Azərbaycan isterikası - Hökumət rəzalətə "dur" deməlidir
- Bu xəbərləri qaçırmayın: 13.08.2024-ün ən mühüm hadisələri
- Serj Sarqsyanın kürəkəni ölkəsinə 350 milyon dollar ziyan vurub
Rəylər