Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ərdoğan zəlzələ ilə bağlı iclas keçirdi: "Bütün qurumlar fasiləsiz işləməyə davam edəcəklər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) gedərək İstanbulda baş vermiş zəlzələ ilə bağlı məlumat alıb.
Oxu.Az xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
AFAD-ın nəzdində qurulan Böhran Mərkəzində Mərmərə dənizində baş vermiş, İstanbul və ətraf vilayətlərdə hiss edilən 6.2 gücündə zəlzələ barədə məlumat aldığını bildirən R.T.Ərdoğan vurğulayıb:
"Zəlzələ nəticəsində ölən yoxdur. Dövlətin bütün qurumları həftənin yeddi günü və günün 24 saatı işləməyə davam edəcəklər".
Böhran Mərkəzində keçirilmiş iclasda nazirlərin və müvafiq bürokratların iştirak etdiyini söyləyən prezident zəlzələnin təsirini minimum endirmək üçün atılan və atılacaq addımları dəyərləndirdiklərini qeyd edib:
"Qarşıdakı proses üçün lazımi göstərişləri verdik. Axtarış işləri nəticəsində zəlzələnin hiss edildiyi bölgələrdə hər hansı bir problem müşahidə olunmayıb".
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan ABŞ-yə səfəri haqqında anons verdi
- Ərdoğan: "Mənim yenidən seçilmək kimi bir dərdim yoxdur"
- TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
- Novruz Türk Dünyasının ortaq bayramı oldu
- Rəcəb Tayyib Ərdoğan: "İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək"