Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ərdoğan bir neçə vəzifəli şəxsi işdən azad etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Nəzarət Şurasının sədri Yunus Arıncını vəzifəsindən azad edib.
Bu barədə qərar "Resmi Gazete"də dərc olunub.
Sənədə əsasən onun yerinə Salih Tanrıkulu təyin olunub.
Bundan başqa Uşak Milli Təhsil müdiri Bülent Şahin, Düzcə Milli Təhsil müdiri Tamer Kırbaç, Tunçeli Milli Təhsil müdiri Gürsel Ekmekci və Şırnak Milli Təhsil müdiri Nazan Şener vəzifələrindən azad ediliblər. Onların yerinə müvafiq olaraq Halil Yücel, Emrullah Aydın, Fethi Ateş və Osman Cebeci təyin olunublar.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan zəlzələ ilə bağlı iclas keçirdi: "Bütün qurumlar fasiləsiz işləməyə davam edəcəklər"
- Ərdoğan öz vəzifəsini 4-cü sinif şagirdinə təhvil verdi
- Ərdoğan: "Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq"
- Özgür Özel Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək
- Ərdoğan CHP sədrini ikinci dəfə məhkəməyə verdi: Təzminat tələb edildi
Ən çox oxunanlar