Çərşənbə günü Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının 1-ci fövqəladə qurultayında ölkənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Oxu.Az Türkiyə mətubatına istinadən xəbər verir ki, çıxışdan sonra Ərdoğana xüsusi bir hədiyyə də verilib.
Belə ki, hədiyyə Dənizli şəhərində nəqqaş-usta tərəfindən hazırlanan, ətrafında ərəbcə Fatiha surəsinin yazıldığı prezidentlik gerbi olub.
Xüsusi gerbin dizaynının millət vəkili Nurcan Dalbudak tərəfindən hazırlandığı bildirilsə də gerbi hazırlayan nəqqaş barədə məlumat verilməyib.