Ermənistan Azərbaycanla sərhəddə yeni qızıl yataqları aşkarlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Naxçıvanla sərhəddə yerləşən Ermənistanın Musk kəndində qızıl-filiz yataqlarının axtarışı ilə bağlı yeni nəticələr əldə edilib.
Yataqlarda araşdırma aparan şirkət sınaqlar apararaq qızılın tərkibini və ehtiyatların miqdarını araşdırır.
Bildirilir ki, araşdırmalar yataqlarda daha çox qızıl olduğunu sübut edir. Xüsusilə şimal istiqamətindəki yataqlarda ehtiyatlar daha keyfiyyətli və çoxdur.
Yataqlarda 3 min metrlik ilkin qazma işlərinin artıq 1700 metri yekunlaşdırılıb. Qeyd edək ki, Ermənistan işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonunda da qızıl yataqlarını istismar edir.