Dünyaca məşhur ulduz Şakira Ginnesin rekordlar kitabına düşüb.
Oxu.Az xəbər verir ki, axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, kolumbiyalı müğənni Facebook sosial şəbəkəsində 100 milyon izləyici toplayıb. Ən çox izləyicisi olan ifaçı sözügedən kitaba daxil olub.
Şakira ilə birlikdə məşhur reper Eminemin də adı Ginnesin rekordlar kitabına yazılıb. O, 6 dəqiqəlik bir kompozisiyada 1560 söz işlədərək, “Ən danışqan məşhur” adını alıb.
Daha bir məşhur rekordçu müğənni Keti Perri olub. O, “Twitter-in ən məşhur ulduzu” adına layiq görülüb. Belə ki, ifaçının sosial şəbəkədə 52 milyon izləyicisi var.