Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün "Yerkrapa" Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon 638 min dram ayıracaq.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
Müvafiq qərar aprelin 23-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Əsasnamədə qeyd olunur ki, "Yerkrapa" Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir, onun qarşısına qoyulan vəzifələrin icrası prosesinə kömək edir, gələcək hərbi kadrları hazırlayır. Layihənin qəbulu 2025-ci ildə ictimai təşkilatın fəaliyyətinin tam şəkildə həyata keçirilməsini təmin etməyə imkan yaradacaq.