Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

BANM rektoru YÖK sədri və beynəlxalq nümayəndələrlə görüşüb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə BANM məlumat yayıb.
Bildirilib ki, görüş E.Qasımovun Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirakı çərçivəsində baş tutub.
Rektor Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq barədə məlumat verərək, BANM-də Türkiyəli tələbələrin təhsilə cəlb edilməsi istiqamətində maraqlı olduqlarını və bu məqsədlə müvafiq tədbirlərin görülməkdə olduğunu E.Özvarın diqqətinə çatdırıb.
Tədbir zamanı E.Özvar, Malayziyanın ali təhsil naziri Zambri Abd Kadir, eləcə də Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin qəyyumlar şurasının sədri Mustafa Aydın BANM-in stendi ilə tanış olublar.
Stenddə məktəbin tədris imkanları, beynəlxalq proqramları və əldə etdiyi nailiyyətlər təqdim olunub.
"Bakı Ali Neft Məktəbi (BANM)" teqi üzrə xəbərlər
- Azərbaycanda ali məktəbdə İLK
- Əcnəbilər Azərbaycan universitetlərini niyə seçirlər?
- Magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Fidan Babayeva: "Əmin idim"
- SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır
- Magistraturaya qəbul imtahanlarında ölkə birincisi MƏLUM OLDU