Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

KİV: Kennedi sovet casusu ilə cinsi münasibətinə görə etibarlı adamları tərəfindən öldürülüb
ABŞ-nin keçmiş prezidenti Con Kennedinin sovet casusu ilə cinsi əlaqədə olduğu üçün etibarlı adamları tərəfindən öldürüldüyü iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə tarixçi, ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyatının istefada olan mayoru Ralf Qanis "Radar Online" nəşrinin materialında yazıb.
"Kennedinin bir rus qadını ilə əlaqəsi artıq o qədər də məxfi olmalı deyil", - deyə Qanis iddia edib.
O qeyd edib ki, bu münasibət bir çox insana məlum ola və böyük siyasi qalmaqal yarada bilərdi ki, bu da ABŞ-nin bütün mövcud hökumətinin süqutuna səbəb olardı. Qanis iddia edir ki, bu versiya FTB-nin ABŞ liderinin öldürülməsi işi ilə bağlı dərc etdiyi sənədlərə əsasən təsdiqlənir.
ABŞ-nin Milli Arxivi prezident Con Kennedi, onun qardaşı Robert Kennedi və vətəndaş hüququ müdafiəçisi Martin Lüter Kinqə qarşı sui-qəsd cəhdləri ilə bağlı məxfi sənədləri dərc edib.
"Con Kennedinin qətli" teqi üzrə xəbərlər
- Tramp: "Con Kennedinin qatilinə kömək edilib"
- ABŞ və Avstraliya kəşfiyyatı Kennediyə qarşı sui-qəsdlə bağlı faktları gizlətməyə çalışıb
- Kennedinin qətli ilə bağlı sirlər açılacaq
- Hollivud ulduzunun mafiya üçün killer olan atası - Xüsusi təhlükəli Harrelson
- Con Kennedini sui-qəsddən xilas edə bilməyən məxfi xidmət agenti öldü