Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ və Avstraliya kəşfiyyatı Kennediyə qarşı sui-qəsdlə bağlı faktları gizlətməyə çalışıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Avstraliya kəşfiyyat orqanları sabiq prezident Con Kennediyə sui-qəsd cəhdinin hazırlanmasında SSRİ-nin mümkün rolundan bəhs edən sənədin məxfiliyinin açılmasının qarşısını almağa çalışıblar.
Oxu.Az xəbər verir ki, sənədlər milli arxivin saytında yerləşdirilib.
Məktubda vurğulanır ki, materialların dərci nəzərdə tutulmayıb, lakin gələcəkdə belə bir zərurət yaranarsa, təqdim olunan arqumentlər sənədin ictimaiyyətə açıqlanmasının qarşısını almaq üçün əsas verir.
Sözügedən məktub Kennedinin öldürülməsindən bir neçə gün sonra Avstraliyanın Kanberra şəhərindəki ABŞ səfirliyinə edilən anonim zəngə əsaslanır. Zəng edən şəxs özünü SSRİ səfirliyindən polşalı sürücü kimi təqdim edib. O, prezidentə sui-qəsd cəhdini sovet hökumətinin maliyyələşdirdiyini və cinayətə görə 100 min dollar mükafat təklif edildiyini iddia edib.
Sənədi MKİ-nin direktoru Riçard Helms komissiyanın vəkili Uorren Li Rankinə göndərib. Burada, həmçinin 1962-ci ildəki oxşar anonim zəng də qeyd olunub ki, bunun təfərrüatları yalnız Kennedinin qətlindən sonra ortaya çıxıb. Avstraliya səlahiyyətliləri zəng edən şəxsin psixiki cəhətdən qeyri-sabit olduğunu əsas gətirərək onun şəxsiyyətini müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, MKİ və Avstraliya rəsmiləri 1968-ci ildə sənədin nəşrinə qarşı çıxıblar.