Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ceyhun Bayramov britaniyalı həmkarı ilə sülh prosesinin son durumunu müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Britaniya naziri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması məqsədilə müvafiq düzəlişin edilməsinin vacib olduğu vurğulanıb. Bununla yanaşı, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.
Nazirlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Britaniya Azərbaycanla Ermənistanı sülh razılaşmasını tezliklə imzalamağa çağırıb
- Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb
- Azərbaycan XİN müsəlman ölkələrinin səfirləri üçün iftar verdi
- Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib
- Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır