Ermənistan 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində Rusiyadan dörd ədəd “Su-30SM” qırıcısı almağı planlaşdırır. Ümumilikdə, Yerevan bu tipli qırıcılardan 12 ədəd almaq istəyir.
Bu fikirləri “RİA Novosti”yə açıqlamasında IDEX-2019 silah sərgisində iştirak edən Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
“Biz “Su-30SM” qırıcıları ilə bağlı danışıqları davam etdiririk. Hər şey bu malların nə qədər tez hazırlanmasından asılıdır. Bura idxal və digər məsələlər də daxildir. Qırıcıların ilk partiyasını bu il və ya növbəti ilin əvvəli almağı düşünürük”, - o deyib.
Erməni tərəfinin belə maşınlardan neçəsini almaq istədiyi ilə bağlı sualı cavablandıran D.Tonoyan deyib ki, söhbət bir eskadrilyadan (12 təyyarədən - red.) gedir.
“Bu, mümkündür. Konkret silah nomenklaturası haqqında danışmaq hələ tezdir”, - deyə o bildirib.
Rəylər