Bu ilin iyun ayında Qarsda çox uğurlu biznes forumu keçirilib və burada Ermənistan tərəfi böyük heyətlə təmsil olunub.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes forumunu Ermənistanda keçirməyi planlaşdırırıq", - deyə o qeyd edib.
Mirzoyan əlavə edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.
Qaynar xətt:
(055) 224 12 12