ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Kanadanın Baş naziri Mark Karni Birləşmiş Ştatların ona təklif etdiyi "ən yaxşı ticarət sazişindən" boyun qaçırıb.
Oxu.Az CNBC-yə istinadən xəbər verir ki, Bessent ABŞ və Kanada arasında ticarət müharibəsinin "gözə-göz" prinsipi ilə aparılmadığını deyib.
"Biz Kanada ilə müharibə aparmırıq. Kanada ilə necə müharibə apara bilərik? Onlar nə edəcəklər? Edmontondakı ticarət mərkəzindən iki sualtı qayığı çıxarıb üstümüzə göndərəcəklər?", - deyə Bessent bildirib.
Qeyd edək ki, avqustun 22-də ABŞ Kanada mallarının bəzi kateqoriyalarına, o cümlədən pivə və pendirə 50 faizlik gömrük rüsumu tətbiq edib. Kanada isə buna cavab olaraq ümumi dəyəri 27,6 milyard dollar olan bəzi ABŞ mallarına 15-50 faiz həcmində rüsum tətbiq edib.